Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə160/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   156   157   158   159   160   161   162   163   ...   572

Nöqtələr


Quranda dəfələrlə bəyan olunur ki, əzabla hədələnən kafirlər inanmadıqlarından və ya istehza edərək bu əzabın tezləşməsini istəyirdilər. Onların bu tələskənliyi bütün hallarda məzəmmət olunur.

İlahi əzab və qəhr-qəzəbin təxirə düşməsinin bir sıra bərəkətləri var: Bu təxir tövbə üçün fürsətdir, bu arada azğın kişilərdən saleh övladlar dünyaya gəlir, insanların dindarlıq və müqaviməti sınağa çəkilir.


Bildirişlər


1. Allahın lütf və ya qəzəbi hikmətə əsaslanır, hesablanmışdır və proqram üzrə həyata keçir. Kiminsə tələsməsi nəzərdə tutulanları dəyişə bilməz.

2. İnsan düşüncə baxımından o qədər süqut edir ki, məhvə razı olur, amma haqqı qəbul etmir.

3. Dünyanın işləri hesablanmış və müəyyənləşdirilmiş zaman bölgüsü əsasında həyata keçir.

4. İlahi qəzəb qəfil olduğundan daimi hazırlıq lazımdır.

5. Allahın qəhr-qəzəbini öncədən müəyyənləşdirmək olmaz.

6. Kafirlər inamsızlıqdan və ya istehza olaraq təcili əzab istəsələr də, bilməlidirlər ki, cəhənnəm hökmən bütün kafirləri əhatə edəsidir.



Ayə 55:


﴿يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنتُمْ تَعْمَلُونَ﴾

Bir gün (gələr) ki, əzab onları başlarının üzərindən və ayaqlarının altından bürüyər. (Həmin gün Allah) buyurar: “Gördüyünüz işləri (acılığı ilə) dadın.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin