Nöqtələr
“Təhmilu” dedikdə öhdəyə götürmək mənası nəzərdə tutulur. Ruzi əldə etmək dedikdə gələcək üçün ehtiyat toplamaq nəzərdə tutula bilər.
56-cı ayədə hicrət göstərişi verildi. Bu ayədə isə buyurulur ki, Allah yolunda hicrət edənlər ruzi və dolanışığa görə narahat olmasınlar. Zəif canlılara ruzi verən Allah sizin də ruzinizi verəcəkdir.
Bildirişlər
1. Səbir və təvəkkül saleh əməlin iki aydın nümunəsidir.
2. Allahın rübubiyyəti (hər şeyi idarə etməsi) Ona təvəkkül üçün zəmindir.
3. Psixoloji təzyiqlər və həyat çətinlikləri salehlərin yolunda maneədir. Bu maneələri səbir və təvəkküllə adlamaq lazımdır.
4. Müvəffəqiyyət və xoşbəxtliyin dörd rəmzi var: İman, əməl, səbir və vəsvəsələr zamanı Allaha təvəkkül.
5. İnsan öz qüvvəsi həddində çalışıb səy göstərməklə Allaha təvəkkül etməlidir. (Yəni iman gətirib saleh işlər görənlər öncə imkanları həddində çalışır, qarşıdakı təhlükələr və gözlənilməyən hadisələr müqabilində Allaha təvəkkül edirlər.)
6. Allaha iman və təvəkkül hissini gücləndirmək üçün Onun digər mövcudlara olan lütfünü yada salaq.
7. Ruzi qazanmaq təkcə səy və təlaşdan asılı deyil.
8. Allah həm zəif canlılara, həm də sağlam insanlara ruzi verməyə qadirdir.
9. Allahın elm və agahlığı mövcudların ruzi ilə təminatına zəmanət verir.
Ayə 61:
﴿وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّى يُؤْفَكُونَ﴾
“Əgər onlardan (müşriklərdən) göyləri və yeri kimin yaratdığını, günəşi və ayı kimin ram etdiyini soruşsan, hökmən “Allah” deyə cavab verəcəklər. Bəs haraya üz çevirirlər?”
Dostları ilə paylaş: |