Nöqtələr
“İnsanı əsil məqsəddən yayındıran əyləncələr “ləhv” adlanır. Oyun kimi vaxt aparan məqsədsiz işlərə isə “ləib” deyilir.1
“Hazihid-dünya” təbiri dünyanın əhəmiyyətsizliyini, “ləhiyəl-həyəvan” təbiri axirətin əzəmətini göstərir.
Sual: Əgər Quran özü yer üzünün abadlaşdırılması üçün təlaşı, yer üzündə səyahəti, təbiətdən faydalanmanı, ailə-övlad sahibi olmağı, qazanc əldə etməyi tövsiyə edirsə, nə üçün bu ayədə dünya əyləncə və oyun sayılır?
Cavab: Müqəddəs məqsədlərə çatmaq üçün nəzərdə tutulmuş qaydalar əsasında dünya həyatından faydalanmaq əslində axirət üçün çalışmaqdır. Ayədə məzəmmət olunan isə müqəddəs məqsədlərdən və dini ölçülərdən uzaq bir həyatdır.
Dostları ilə paylaş: |