Bildirişlər
1. Dünya məqsədlidir və hikmət əsasında yaradılmışdır. Amma axirətdən qəflətdə qalıb dünyapərəstliyə uğramaq ağılsızlıqdır.
2. Xalqı razı salmaq məqsədi ilə daim susmaq düzgün deyil. Bəzən fəryad çəkməklə qafilləri oyatmaq lazımdır.
3. Təbliğdə pis işlərə qadağa qoyduğunuz vaxt onların yerinə yaxşı işlər təklif edin.
4. Həqiqi həyat axirət həyatıdır.
5. İnsanlar axirət həqiqətini anlasaydılar dünyaya əsir olmazdılar.
Ayə 65:
﴿فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ﴾
“Onlar gəmiyə mindikləri vaxt səmimi qəlbdən Allahı çağırır, (Allah) onları quruya çatdırıb xilas etdiyi vaxt yenə şirkə uğrayırlar.”
Dostları ilə paylaş: |