“RUM” SURƏSİ (30-cu surə, 60 ayə) “Rum” surəsinin siması
Məkkədə nazil olmuş bu surə 60 ayədən ibarətdir. Bir çox başqa Məkkə surələri kimi bu surənin də əsas mövzusunu yaranış və məad mövzuları, iman və küfr əhlinin bu barədə söhbətləri təşkil edir. Surə rumlular və iranlılar arasında müharibəni öncədən xəbər verməklə başlayır. Bu səbəbdən onu “Rum” adlandırmışlar.
Surədəki ayələrin böyük bir hissəsində göylərdə və yerdə olan ilahi nemətlərdən, bitkilər və heyvanlar arasında zövciyyətdən (cütlükdən), insanın torpaqdan yaradılması və qadın-kişi münasibətlərindən, gündüzün təlaş, gecənin istirahət üçün olmasından, yağışdan və küləkdən, torpağın ölüb-dirilməsindən danışılır.
Dostları ilə paylaş: |