Nöqtələr
“Bizə” dedikdə tikə, parça, hissə mənaları anlaşılır. Əziz Peyğəmbər (s) buyurur: “Fatimə mənim ciyərparəmdir.”1 Bəzən “bizə dedikdə (üç ildən doqquz ilədək) zaman kəsiyi nəzərdə tutulur.
Sual: Rumluların iranlılara qələbəsinin müsəlmanlara nə aidiyyatı var idi?
Cavab: İslam Peyğəmbəri (s) İran və Rum padşahlarına məktub yazıb onları İslam dininə dəvət etdi. İran şahı Xosrov Pərviz Peyğəmbərin (s) məktubunu tikələyib bir kənara atdı, amma Rum qeysəri uyğun məktubu hörmətlə qəbul etdi. Müsəlmanlar Peyğəmbərin (s) məktubuna hörmətlə yanaşmış rumluların qələbə çalmasını arzulayırdılar. Amma rumlular məğlub oldular və bu məğlubiyyət müsəlmanları narahat etdi. Allah bu ayələri nazil etməklə müsəlmanları müjdələdi ki, rumlular məğlub olsalar da, yaxın gələcəkdə qalib gələsidirlər. Bəli, bu qələbə möminləri sevindirəsi idi.1
Bəli, imanlı cəmiyyət təkcə özünə qapılıb qalmamalı, başqa millətlərin qarşısına çıxan acılı-şirinli hadisələrə qarşı əks-əməl göstərməlidir.
Dostları ilə paylaş: |