Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə18/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   14   15   16   17   18   19   20   21   ...   572

Bildirişlər


1. İnsanın sirri açması onun süstlüyünü və imanının zəifliyini göstərir.

2. Qəlblərin aramlığı Allahın əlindədir.

3. Aram qəlb iman nişanələrindəndir.

4. Allah üçün insanın kişi və ya qadın olması yox, onun imanı mühümdür.

5. Qadınlar və qızlar da ictimai məsələlərdə zəruri tədbirlərdən istifadə etməlidirlər.

6. Bir insanda həssaslıq doğurası işi başqalarına tapşırmaq daha yaxşıdır. Musanın (ə) əhvalatı anasını çox həyəcanlandırırdı və sirr açıla bilərdi.

7. Allaha təvəkkül etmək məsələyə biganəliyi göstərmir. Musanın anası imanlı olsa da qızına tapşırır ki, hadisələri izləsin.

8. Sitəmkar rejimlərə münasibətdə təqib və izləmə zəruridir.

9. Sirri açmamaq üçün özünü heç nə olmamış kimi göstərmək vacibdir. (Musanın (ə) bacısı sandığı çox məxfi şəkildə izləyirdi ki, düşməndə şübhə oyatmasın.)

10. Mömin düşmənin gözünü oğurlayıb verilmiş tapşırığı yerinə yetirir.


Ayə 12:


﴿وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَى أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُ لَكُمْ وَهُمْ لَهُ نَاصِحُونَ﴾

Biz qabaqca süd verən qadınları ona qadağan etdik. (Musanın bacısı məmurların dayə axtardığını görüb) dedi: “İstəyirsinizmi, sizə bir ailə göstərim ki, sizdən ötrü ona hamiliyi qəbul etsin və ona xeyirxah olsun?”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin