Nöqtələr
İmam Sadiq (ə) “əvələm yəsiru fil-ərz” cümləsi ilə bağlı buyurmuşdur: “Nəzərdə tutulan keçmiş qövmlərin Qurandakı tarixini nəzərdən keçirməkdir.”1
Həzrət Əli (ə) tarixlə tanışlığın zəruriliyini övladının nəzərinə çatdıraraq buyurur: “Uzun ömür sürməsəm də, keçmişdəkilərin tarixi ilə o qədər tanışam ki, sanki tarix uzunluqda ömrüm var.”2
Bildirişlər
1. Tarixin öyrənilməsi, başqalarının təcrübələrindən istifadə mərifət yollarındandır və bu yolun tərki məzəmmət olunur.
2. Tarix və tarix fəlsəfəsi ilə tanışlıq, keçmiş qövmlərin başına gələnləri mütaliə etmək insanı səthi baxışdan xilas edir.
3. Tarixi təbəddülatlar sabit qanunlara əsaslanır. Keçmişdən bu gün və sabah üçün ibrət götürmək olar.
4. Müşahidə və gəzinti insanın diqqətini artırmalı, onu qəflətdən xilas etməlidir.
5. Keçmiş qövmlərin gündəlik həyatını yox, tale və aqibətini araşdırın.
6. İslamdan öncə böyük mədəniyyətlər və hakimiyyətlər gəlib-getmişdir.
7. Allahın qəzəbi gələn yerdə heç bir qövm və qüdrət tab gətirmir.
8. Böyük qüdrətlərin acı aqibəti insanı qürurdan uzaqlaşdırır.
9. Səadət və xoşbəxtlik başlıca olaraq güc və abadlıqdan yox, iman və peyğəmbərlərə itaətdən asılıdır.
10. Güc və sərvətə aldanış insanın peyğəmbərlərə iman gətirməsinə mane olur.
11. Təbliğ və tərbiyədə aydın üsullardan və dəlillərdən istifadə edək.
12. Allah ədalətli və mehribandır. Keçmiş qövmlər isə öz düşüncə və əməlləri səbəbindən həlak olmuşlar.
13. Peyğəmbər göstərişlərinə itaətsizlik insanın özünə qarşı zülmüdür və əzabla sonuclanır.
Ayə 10:
﴿ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاؤُوا السُّوأَى أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِؤُون﴾
“Çirkin işlər görənlər sonda Allahın ayələrini təkzib etdilər. Onu daim məsxərəyə qoyurdular.”
Dostları ilə paylaş: |