Nöqtələr
“Yublisu” dedikdə dərin məyusluqdan yaranmış qəm-qüssə mənası nəzərdə tutulur. “İblis” sözü də eyni kökdəndir.
Bildirişlər
1. Dəlil göstərərkən göz qabağında olanları dərk olunası məsələlər üçün dəlil göstərək. İlkin yaranış növbəti yaranışlara iqtidarın dəlilidir.
2. Allaha doğru qayıdış və Qiyamət sorğusu məcburidir.
3. Azğınların bugünkü şadlığına baxmayın, qarşıda onları dərdli günlər gözləyir.
4. Uydurma şəfaətlərə arxayın olmayaq.
5. Qiyamətdə saxta məhəbbətlər kin-küdurətə, küfr və lənətə çevrilər.
Ayə 14:
﴿وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ﴾
“Qiyamət bərpa olunan gün (insanlar) bir-birlərindən ayrılarlar.”
Ayə 15:
﴿فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ﴾
“İman gətirib saleh işlər görənlər (behiştdəki) bir bağda şadlanacaq.”
Dostları ilə paylaş: |