Nöqtələr
Bol suyu və ağacları olan bağ “rövzə” adlanır.
“Hibr” sözündən olan “yuhbərun” sözü əlaməti çöhrədə görünən şadlıq mənasını bildirir.
Bildirişlər
1. Qiyamətdə paklar çirkinlərdən ayrılar. (Qiyamət günü həm toplanış, həm də ayrılıq günüdür.1)
2. Qiyamət qeyri-ilahi bağlılıqların və dostluqların sona çatdığı gündür.
3. Saleh əməl, xeyir işlərlə müşayiət olunan iman dəyərlidir.
4. İman və niyyət əməldən daha mühümdür.
5. İman və saleh əməl qurtuluş və behiştə giriş üçün şərtdir.
Ayə 16:
﴿وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاء الْآخِرَةِ فَأُوْلَئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ﴾
“Küfrə uğrayıb ayələrimizi və axirət görüşünü inkar edənlər əzabda saxlanılanlardır.”
Ayə 17:
﴿فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ﴾
“Gecəyə daxil olan və sübhə çıxan vaxtlar Allahın paklığını zikr edin.”
Ayə 18:
﴿وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ﴾
“Göylərdə və yerdə gecə vaxtı və günorta həmd-səna Ona məxsusdur.”
Dostları ilə paylaş: |