Bildirişlər
1. Göylərin və yerin yaranışı Allahın sonsuz qüdrət nişanələrindəndir.
2. Millətlər və dillər arasındakı fərq Allahı tanımaq üçün bir yoldur.
3. Hər bir dilin öz dəyəri və önəmi var. Dili dəyişmək kamillik və zərurət sayılmır. (Hansısa milləti və ya dili təhqir etməyə kimsənin haqqı yoxdur.)
4. Bütün insanların eyni görkəmdə və rəngdə olması Allahın yaradıcılığı ilə uyuşmur.
5. Elmli və düşüncəli insanlar rənglər və dillər arasındakı fərqlər vasitəsi ilə Allahı tanıyırlar. Cahil üçün isə rəng və dil təhqir vasitəsidir.
Ayə 23:
﴿وَمِنْ آيَاتِهِ مَنَامُكُم بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُم مِّن فَضْلِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ﴾
“Gecə və gündüz yatmağınız və Allahın fəzli üçün çalışmağınız ilahi nişanələrdəndir. Həqiqətən, bu işdə (həqiqəti) eşidənlər üçün qəti nişanələr var.”
Dostları ilə paylaş: |