Nöqtələr
Ötən ayələrdə oxuduq ki, bütün varlıq aləmi Allahın qarşısında mütidir. Başlanğıc, varlığın idarəsi, izzət və hikmət Ona məxsusdur. Şirk xülya və zülmdən başqa bir şey deyil. Ayədə əmr olunur ki, xalisanə halda üzünü dinə tut.
“Fitrət” sözünün lüğətdə mənası xilqət, yoxluğun aradan qaldırılması, bir mövcudun yaradılmasıdır. Allah insanı haqqa meyilli və batilə ikrahlı yaratmışdır. Necə ki, ana fitri olaraq övladına bağlıdır.
Rəvayətlərə əsasən “əqim vəchəkə liddini” cümləsi namazın bərpasını, qiblə və İslama diqqəti, ixlas və tövhidi nəzərdə tutur.1
Dostları ilə paylaş: |