Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə199/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   195   196   197   198   199   200   201   202   ...   572

Bildirişlər


1. Cəmiyyətin dini rəhbəri öncə tam haqpərəst olduğunu sübut etməlidir. Yalnız bundan sonra başqalarını doğru yola çağıra bilər.

2. İnsan zatən dinpərəst və haqpərəstdir.

3. Bəziləri iddia edirlər ki, insan boş bir qab kimidir, bu qabı adət-ənənələr, haqq və ya batil düşüncələr doldurur. Guya insan yaşadığı siyasi, iqtisadi, ictimai sferadan rəng alır. Amma İslam bildirir ki, Allah haqq və haqpərəstliyi insanın fitrətinə tanıtdırmışdır.

4. Dinin fitri olması o demək deyil ki, insan din yolunda çalışmamalıdır.

5. Azğınlıq insanı sonradan tapır. Haqq dinə meyl insanın fitrətində mövcuddur.

6. Fitri din sabit və davamlıdır.

7. Təbiət və şəriət qanunları bir-birinə uyğundur.

8. Din yolunda hərəkət elə fitrət yolunda hərəkətdir.

9. İnsanın fitri istedadları artıb-azala bilər, amma birdəfəlik yox olmaz.

10. İnsanın daxilində qoyulmuş haqpərəstlik meyilləri zaman və məkanın təsiri ilə aradan qalxmır.

11. İnsan fitrətində kökü olmayan siyasi, iqtisadi, ictimai, irqi və milli meyillər davamsızdır.

12. İslam yeganə sabit dindir.


Ayə 31:


﴿مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ﴾

(Siz də həmin fitrət əsasında) Ona üz tutun, Ondan qorxun, namazı bərpa edin və müşriklərdən olmayın.”


Ayə 32:


﴿مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ﴾

Dinini parçalayıb, firqələrə bölünmüş kəslərdən (olmayın,) hər firqə öz dininə görə sevinməkdədir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin