Nöqtələr
“Munibinə” dedikdə təkrar və sabit müraciət mənası nəzərdə tutulur.
Ötən ayədə Peyğəmbərə (s) “bu dinə üz tut” buyuruldu. Bu ayədə isə bütün xalqa Allaha üz tutmaq əmr olunur.
Bildirişlər
1. Dinə fitri və daxili meylinizi minacat, dua, təqva və namazla gücləndirin.
2. Təqva və namaz fitrət yönümündədir.
3. Tövbə və yalvarış günaha arxa çevirmək və vacib göstərişləri yerinə yetirməklə müşayiət olunmalıdır.
4. İnsan tövbə, təqva və namaz sayəsində şirk və təfriqədən uzaqlaşmaq üçün güc əldə edir.
5. Məzhəbi təfriqələrə qatılmaqla yerinə yetirilən fərdi ibadət səmərəsizdir.
6. Namazın bərpası insandakı təqva ruhunun təcəllasıdır.
7. Şirk dedikdə təkcə günəşə, aya və ya bütə pərəstiş etmək nəzərdə tutulmur. Allah evində təfriqə salan istənilən bir şəxs müşrikdir.
8. Müşriklər insanlar arasında dini təfriqə salmaq əzmindədirlər.
9. Dini çəkişmələr və təfriqələr insan fitrətinin, tövbə ruhunun, təqva və namaza rəğbətin çiçəklənməsinə mane olur.
10. Bəzən dəstəbazlıq və mövcud haldan razılıq bizi haqdan uzaqlaşdırır.
Ayə 33:
﴿وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ﴾
“İnsanlara bir zərər toxunduqda tövbə edərək öz Rəblərini çağırar, Ona doğru qayıdarlar. Amma Allah Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir dəstəsi öz Rəbbinə şərik qoşar.”
Dostları ilə paylaş: |