Bildirişlər
1. Düşdüyümüz zərərlər özümüzdən, gördüyümüz mərhəmətlər Allahdandır.
2. Bəziləri yalnız çətinlik və müsibət zamanı Allahı çağırır. Halbuki mömin insan bütün hallarda Allahı zikr etməlidir.
3. Çətinliklər qəflət tozunu apardığı vaxt insanın Allaha üz tutması Allahpərəstlik meylinin fitri olduğunu göstərir.
4. İnsan tutumsuz və zəifdir. Azca zərər gördükdə fəryad qoparır, ilahi mərhəməti daddıqda yuxuya gedir.
5. Rifah qəflət üçün zəmindir.
6. İnsanlardan bir hissəsi naşükürdür. (Onlar mərhəmət gördükdə şükür etmək əvəzinə şərik qoşurlar.)
7. Çıxılmaz vəziyyətə düşənin (“muztərr”) duası qəbuldur.
8. İnsan həyatı acılı-şirinlidir.
Ayə 34:
﴿لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ فَتَمَتَّعُوا فَسَوْفَ تَعْلَمُونَ﴾
“Sonda onlara əta etdiklərimizə görə nankorluq edərlər. Hələ kam alın, tezliklə (küfr və nankorluğun nəticəsini) biləcəksiniz.”
Ayə 35:
﴿أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ﴾
“Onlara möhkəm bir dəlil nazil etmişikmi? Elə bir dəlil ki, onların şirkini təsdiqləsin?!”
Dostları ilə paylaş: |