Bildirişlər
1. Şirk küfr və nankorluğa doğru bir addımdır. Şirkə qayıdış bir növ nankorluqdur.
2. Azğınlara möhlət vermək ilahi proqram və sünnələrdəndir.
3. Haqqa çağırış və tərbiyədə bəzən hədə və məzəmmət zəruri olur.
İşıqlı yollardan qaçır zülmətə,
Qoy dağdan uçulub düşsün zillətə.
4. Ən sərt şəkildə hədələyərkən belə məntiqi yaddan çıxartmayaq.
5. Allah tərəfindən təsdiqlənmiş əqidə haqq və məqbul sayılır.
6. Şirk dəlildən, müşrik məntiqdən məhrumdur.
7. Dəlil-sübut dəqiq və aydın olmalıdır.
8. İstənilən bir şəxsin diqqəti Allahdan qeyrisinə yönələ bilər. Bu diqqətin davamlı olması təhlükəlidir.
Ayə 36:
﴿وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ﴾
“Nə vaxt insanlara bir rəhmət daddırırıqsa şadlanarlar, keçmişdəki qazanclarına görə bir çətinliyə düşdükdə dərhal məyus olurlar.”
Dostları ilə paylaş: |