Bildirişlər
1. Məqsədli səyahət İslam tərəfindən tövsiyə olunur.
2. İbrətamiz əsərləri gələcək üçün qorumaq zəruridir.
3. Tarix elm və mərifət mənbələrindəndir. Tarixin öyrənilməsi və keçmişdə baş vermiş hadisələrdən bəhrələnmək gələcək üçün çıraqdır.
4. Tarixə hakim sünnə və qanunlar sabitdir. (Dünənin hadisələrini öyrənməklə bu günün yolunu müəyyənləşdirmək olar.)
5. Əksəriyyəti yolunu azmış cəmiyyət ilahi qəzəbə düçar olasıdır. Azsaylı xeyirxahların varlığı bu qəzəbin qarşısını almaz. (Bir məntəqədə xalqın əksəriyyəti fəsada düçar olmuşsa, cihad və ya həmin yerdən hicrət zəruridir.)
Ayə 43:
﴿فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ يَوْمَئِذٍ يَصَّدَّعُونَ﴾
“(Bir halda ki, şirkin sonunun bədbəxtlik olduğunu bildin,) Allah qəzəbindən qurtulmaq mümkün olmayan gün gəlməmiş dəyişməz dinə iman gətir. Həmin gün insanlar bir-birindən ayrılar.”
Dostları ilə paylaş: |