Nöqtələr
Ötən ayədə buyuruldu ki, Qiyamətdə insanlar parçalanıb müxtəlif firqələrə bölünərlər. Bu ayədə uyğun parçalanmaya izahat verilir: iman əhli və küfr əhli hər biri öz mükafat və cəzasına çatar.
“Yəmhədunə” dedikdə istirahət üçün hazırlanmış yer nəzərdə tutulur. Hazırkı ayədə uyğun söz zəmin yaratmaq mənasını ifadə edir.
Bildirişlər
1. İnsan azad buraxılıb, iman və ya küfr yolunu özü seçir.
2. Həm təşviq, həm də tənbeh zəruridir.
3. İnsanların küfr və ya imanının Allaha heç bir təsiri yoxdur.
Dünya asi olub küfrə uğrasa,
Allahın mülkündən əskilməz nəsə.
4. İman və saleh əməl sizi qürrələndirməsin. Çünki istənilən bir nemət Allahın fəzlindəndir.
5. İnsan heç bir pis iş görməyib, təkcə küfr etsə, bu onu bədbəxtçiliyə aparar. İman isə təklikdə bəs etmir, saleh əmələ də ehtiyac var.
6. Qiyamətdə Allahın fəzlindən yalnız iman və saleh əməl sahibləri faydalanar.
7. Behiştə getmək üçün təkcə iman bəs etmir, saleh əmələ də ehtiyac var.
Ayə 46:
﴿وَمِنْ آيَاتِهِ أَن يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ﴾
“(Yağışla) müjdə versin deyə küləklər göndərməsi, rəhmətindən sizə daddırması, gəmiləri əmri ilə hərəkətə gətirməsi ilahi nişanələrdəndir. Onun fəzlində (ruzi) soraqlayın. Ola bilsin ki, şükür edəsiniz.”
Dostları ilə paylaş: |