Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə215/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   211   212   213   214   215   216   217   218   ...   572

Nöqtələr


Bu ayədə dörd proqram və ilahi sünnə bəyan olunmuşdur: Peyğəmbərlərin göndərilməsi sünnəsi, peyğəmbərlərin möcüzəyə malik olması sünnəsi, günahkarların cəzalandırılması, möminlərə yardım.

Möminlərə yardım məsələsi Quranda təkrar-təkrar bəyan olunmuşdur.1

İslam Peyğəmbəri (s) son peyğəmbər olduğundan “səndən öncəki” təbiri Quranda dəfələrlə işlədilmişdir. Amma heç bir ayədə “səndən sonrakı” təbiri ilə rastlaşmırıq.

Bildirişlər


1. Tarixlə tanışlıq insan üçün təsəllidir.

2. Öncə ideoloji iş və doğru yola çağırış, sonra günahkarlarla hesab!

3. Peyğəmbər müxalifləri məhkum və məğlub günahkarlardır.

4. Günahkardan intiqam alınması möminlərə yardım nümunələrindəndir.

5. Sonda möminlərin qələbəsi qəti ilahi vəddir. (Möminlər zahirdə şəhid olsalar da, əsil məqsədlərinə çatırlar.)

6. Allahın insana borcu olmasa da, O, möminlərə yardımı Özü üçün zəruri sayır.



Ayə 48:


﴿اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاء كَيْفَ يَشَاء وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ فَإِذَا أَصَابَ بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ﴾

Küləkləri göndərən, buludları hərəkətə gətirən, onları göydə istədiyi şəkildə yayan və parça-parça edən kəs Allahdır. Onun (buludun) qatlarından yağış xaric olduğunu görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə çatdırar və onlar dərhal fərəhlənərlər.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin