Nöqtələr
Bu ayədə möminlər günahkarların ötən ayədə bəyan olunmuş sözlərinə cavab verirlər. Onlar dünya ömürlərinin və ya bərzəxin qısalığından danışırlar. İman əhli isə bildirir ki, siz Allah hökmünə uyğun olaraq dünyada və bərzəxdə yaşamısınız və boş yerə bəhanə gətirirsiniz.
İmandan öncə elmin zikr olunmasının səbəbi bu ola bilər ki, elm imanın əsasıdır.
Bildirişlər
1. Qiyamətdə günahkarlarla möminlər arasında söhbət olar.
2. Elm və imanın hətta Qiyamətdə müsbət təsirləri görünər. (Mömin alimlər Qiyamətdə də şübhələri aradan qaldırarlar.)
3. Elm və iman insanlara əta olunmuş iki ilahi hədiyyədir.
4. Öz elm və imanımızı ilahi tövfiq bilək və qürrələnməyək.
5. Dünya və bərzəxin davam müddəti öncədən qeyd olunmamışdır.
Ayə 57:
﴿فَيَوْمَئِذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ﴾
“Belə bir gündə sitəm qılanların üzrü faydasızdır və tövbələri də qəbul olunmaz.”
Dostları ilə paylaş: |