Nöqtələr
”Utbə” sözündən olan “yustətəbun” sözü narahatlıq mənasını bildirir. Bu sözün “istitab” forması tövbə və pisliklərin aradan qaldırılması mənasını ifadə edir.
Qiyamətdə günahkarlara üzr istəmək icazəsi verilməz.1 Üzr istəmək imkanı verilsəydi belə, onların üzrü qəbul olunmazdı.
Bildirişlər
1. İnsanın taleyi və Qiyamətdəki vəziyyəti onun əməllərindən asılıdır.
2. Zülm insanı ilahi lütflərdən məhrum edir.
3. Tövbə və üzrün yalnız dünyada səmərəsi var. Qiyamətdə qılınan tövbə faydasızdır.
Ayə 58:
﴿وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ وَلَئِن جِئْتَهُم بِآيَةٍ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ﴾
“Şübhəsiz, bu Quranda insanlar üçün hər növ məsəl çəkdik. Əgər onlar üçün nişanə və möcüzə göstərsən, kafirlər hökmən deyəcəklər: “Sizin işiniz batildən başqa şey deyil. (Bunlar sehr-cadudur.)”
Dostları ilə paylaş: |