Bildirişlər
1. Quran bütün bəşəriyyətə müraciət edir.
2. Quran haqqa çağırış və hidayət kitabıdır. Qarşı tərəfi anlatmaq üçün ən yaxşı üsul məsəl çəkməkdir. Ona görə Allah müxtəlif mövzularda məsəllər çəkir.
3. Quranın bəyanatları xəbərdarlığı başa çatdırır (höccət tamamlanır). Haqqı anlayan üçün heç bir üzr yeri qalmır.
4. İnadkar kafirlər heç bir dəlil və sübutu qəbul etmirlər.
5. Kafirlərin və düşmənlərin məqsəd və danışıqlarını öncədən görmək lazımdır.
6. Kafirlərin inadkarlıq və qabalığı bizə dərs olmalıdır və haqq yolda müqavimət göstərməliyik.
7. Küfr və inadkarlıq yolunu tutan insan batili haqq sayır, haqqı batil!
8. Kafirlər əllərində dəlil olmadığından haqqı təhqir etməyə çalışırlar.
9. Kafirlər nəinki haqqı qəbul etmir, hətta onu batil sayırlar.
10. Kafirlər təkcə İslam Peyğəmbərini (s) yox, bütün peyğəmbərləri və möminləri batil sayırlar. (Möcüzə gətirən İslam Peyğəmbəri (s) olsa da, kafirlər toplumu nəzərdə tutur, bütün peyğəmbərləri və möminləri batil tanıyırlar.)
Ayə 59:
﴿كَذَلِكَ يَطْبَعُ اللَّهُ عَلَى قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ﴾
“Allah mərifətsiz insanların qəlbini bu sayaq möhürləyir.”
Dostları ilə paylaş: |