Bildirişlər
1.Cəmiyyətin islahı üçün ayağa qalxanlar bəzən ad və ünvanını bildirmədən, qeyri-rəsmi şəkildə xalq arasına çıxmalıdırlar.
2. Həzrət Musanın (ə) peyğəmbərlikdən öncə də tərəfdarları vardı.
3. Musa (ə) Fironun sarayında boya-başa çatsa da, məhrum xalq düşüncə və şəxsiyyətinə görə onu özünə himayəçi və rəhbər sayırdı.
4. Məzlumları müdafiə və himayə etmək övliyaların qaydasıdır.
5. Peyğəmbərlər qeyrətli, alicənab olmuş, məzlumlara nəvaziş göstərib zülmə qarşı çıxmışlar.
6. İlahi insanlar zəruri hallarda düşmənlə vuruşmuş, zora əl atmışlar.
Ayə 16:
﴿قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ﴾
“(Musa) dedi: “Pərvərdigara! Həqiqətən, mən özümə sitəm qılmışam, məni bağışla.” (Allah) onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |