﴿وَإِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا وَلَّى مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِي أُذُنَيْهِ وَقْرًا فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ﴾
“Ayələrimiz ona oxunan vaxt eşitmirmiş və qulaqlarında ağırlıq varmış kimi təkəbbürlə üz çevirər. Onu dərdli əzabla müjdələ.”
Nöqtələr
“Vəqr” dedikdə ağırlıq mənası anlaşılır. Şəxsiyyətli və ağır təbiətli insanlar bu mənada vüqarlı adlandırılırlar.
Ayədən məlum olur ki, təkəbbürlü insanlar haqq sözü hətta eşitməyə belə hazır deyillər. Əslində isə insan dinləməli, düşünməli və məntiqi əsası olmayan çağırışları qəbul etməməlidir.
Dostları ilə paylaş: |