Nöqtələr
Ötən ayələrdə bildirildi ki, bəziləri boş və azdırıcı sözlərlə haqq ardıcıllarını yoldan çıxarmaq istəyirlər. Onlar təkəbbürlü ruhiyyə və səmavi ayələri dinləməməklə möminləri məsxərəyə qoyurlar. Allah-təala bu ayədə möminləri nemət dolu bağlarla müjdələyir.
Bildirişlər
1. Behişt iman və saleh əməl sahiblərinə məxsusdur.
2. Təkəbbürlü azğınların təhqir və məsxərələri ilahi vəd və müjdələrlə aradan qaldırılar.
3. İlahi lütflərdən bəhrələnmək üçün saleh əməllə müşayiət olunan iman şərtdir.
4. Müxaliflərin təkəbbür və etirazı ötəri, iman əhlinin mükafatı isə əbədidir.
5. İlahi vəd və mükafatlara inanaq, ciddi yanaşaq.
6. Allahın qüdrət və hikməti Onun vədlərinə zəmanət verir.
7. Allahın qüdrət və yenilməzliyi ilahi hikmət əsasında həyata keçir. (Bəli, bu gün bir çox qüdrət sahiblərinin işi hikmətdən uzaqdır.)
Ayə 10:
﴿خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا وَأَلْقَى فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَابَّةٍ وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء فَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ﴾
“(Allah) göyləri görə bilməyəcəyiniz sütunlarla yaratdı. Yer sizi titrətməsin deyə dağlar qərar verdi və onda hər növ canlı yaydı. Səmadan yağış endirdik və yerdə (növbənöv bitkilərdən) gözəl, dəyərli, cütlər cücərtdik.”
Dostları ilə paylaş: |