Bildirişlər
1. Bir şeyi görməmək həmin şeyin mövcud olmamasını göstərmir. (Göylərin sütunu var, amma biz onu görmürük.)
2. Həyat üçün hər şeydən öncə sabitlik və aramlıq lazımdır.
3. Yer üzünə hakim nizam insan üçün nəzərdə tutulub.
4. Ehtiyac duyulan mənbələrin bütün yer üzündə mövcudluğu ilahi lütflərdəndir.
5. Su çox böyük və əhəmiyyətli nemətdir. Bir çox mövcudların ərsəyə gəlib böyüməsi üçün su zəruridir.
6. Bitkilərə, yaşıllıqlara, təbiətə qarşı diqqətli olaq. Allah Quranda bütün bunları “kərim” adlandırır.
Ayə 11:
﴿هَذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِن دُونِهِ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُّبِينٍ﴾
“Bu, Allahın yaratdığıdır. Ondan qeyrilərinin nə yaratdığını Mənə göstərin. Bəli, sitəmkarlar aşkar azğınlıq içindədirlər.”
Dostları ilə paylaş: |