Bildirişlər
1. Danışıq və mübahisədə gözlə görünən nümunələrdən istifadə edək.
2. Öncə haqq yolu göstərək, sonra müxalifləri məzəmmət edib, onlarla mübarizəyə qalxaq.
3. Allahşünaslıq yollarından biri ilahi qüdrətlə digər qüdrətləri müqayisə etməkdir.
4. Təkcə iddiaya qulaq asmayaq, deyilənlərə dəlil tələb edək.
5. Haqq qarşısında inadkarlıq zülmdür. (Bütün bu əsərləri gördükləri halda Allah və haqq yola qarşı çıxırlar.)
6. Qeyri-ilahi yol soraqlayanlar həm azğın, həm də zalımdırlar.
7. Şirkin yanlışlığı kimsəyə qaranlıq deyildir.
Ayə 12:
﴿وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ﴾
“Biz Loğmana hikmət verdik (və dedik ki,) Allaha şükür et. Şükür edən doğrudan da özü üçün şükür edir. Hər kəs nankorluq etsə (bilin ki, Allaha zərər yetirmir, çünki) şübhəsiz, Allah ehtiyacsızdır və həmd olunmuşdur.”
Dostları ilə paylaş: |