Hikmət mərifət və itaətdir
Hikmət ilahi mərifət sayəsində ərsəyə gələn baxışdır. İnsan varlığın sirləri haqqında düşünüb haqqa çatmaqla, təqva yolu ilə hikmət əldə edə bilər. İmam Baqir (ə) buyurur: “Hikmət dedikdə dərin anlaq və mərifət nəzərdə tutulur. Belə bir mərifət insanı Allaha bəndəliyə sövq edir, səmavi rəhbərə bağlayır, böyük günahlardan uzaqlaşdırır.” İmam Sadiq (ə) buyurur: “Allaha itaət hikmətin zirvəsidir.”3
Rağib bu sözü mənalandırarkən deyir: “Hikmət elm və ağıl vasitəsi ilə haqqa çatmaqdır.”1 Həzrət Peyğəmbər (s) buyurur: “Mən hikmət sarayı, Əli onun qapısıdır. Hikmət istəyən bu yolla daxil olmalıdır.2”
Çoxsaylı rəvayətlərdə Əhli-beyt (ə) hikmət qapısı, hikmət açarı kimi tanıtdırılır.3
Dostları ilə paylaş: |