Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə245/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   241   242   243   244   245   246   247   248   ...   572

Hikmətin dəyəri


Peyğəmbərlərin vəzifələrindən biri kitab və hikmət öyrətməkdir.4

Hikmət səmavi kitabın mislidir. Hikmət verilən kəsə böyük xeyir əta olunmuşdur.5 Rəvayətlərə əsasən hikmət insanın canında yerləşən və əsərləri danışıqda, rəftarda özünü göstərən bir nur kimidir.6

Hikmət baxış və bəsirətdir. Əgər yoxsul bir şəxs hikmətə çatsa, bu hikmət onu cəmiyyətdə varlılardan sevimli edər. Hikmət yaşı az olanı qocalardan yuxarıya qaldırar.7 Hikmət möminin itkisidir.8 İnsana ciddi şəkildə tapşırılır ki, hikmət əldə etsin: dəyərli cəvahir zir-zibil arasından götürüldüyü tək, hikmət də düşmən əlində olsa belə tələb edilməlidir.9

Hikmətə çatmış insan səthi və ötəri məsələlər üzərində yubanmır, onun diqqəti işin aqibətinə yönəlir. O özündən yuxarılarla höcətləşmir, özündən aşağıdakıları alçaltmır. Hikmətə çatan insan elm və agahlıq olmadan danışmır, danışıq və rəftarında ziddiyyət görünmür. Belələri ilahi nemətləri zay etmir. Boş işlər ardınca getmir. Onlar insanları özlərini sevdikləri kimi sevir, özlərinə rəva bilmədiklərini başqalarına rəva bilmirlər. Hikmətə çatanlar heç vaxt xalqa kələk gəlmirlər.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin