Hikmət necə əldə olunur?
Hikmət Allahın xalis bəndələrə (müxlislərə) lütf etdiyi hədiyyədir. Çoxsaylı rəvayətlərdə oxuyuruq: “Allah hikmət çeşmələrini 40 gün ixlasla iş görənlərin qəlbindən dilinə axıdır.10 Digər bir hədisdə oxuyuruq: “Allah dünyada zahid olan, bər-bəzəyə aldanmayan insanın canında hikmət qərar verər.11” Dili qorumaq, qarın və şəhvətə nəzarət etmək, əmanətdarlıq, təvazö, faydasız məsələləri boşlamaq hikmətin yaranması üçün zəminlərdir.12
Hikmət nümunələri
Allah-təala “İsra” surəsinin 22–38-ci ayələrində müəyyən göstərişlər verərək sonda buyurur: “Bu əmr və qadağalar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdir.” Uyğun göstərişlər bunlardır: Təkallahçı olmaq və şirkdən uzaqlıq, xüsusi ilə valideynə qoca yaşlarında ehsan və hörmət, mehriban danışıq, məhəbbətlə müşayiət olunan təvazö, xeyirli dua, Allahın övliyalarına, yoxsullara və yolda qalmışlara ilahi haqların ödənməsi, israfdan uzaqlıq, orta məsrəf, nəsil kəsməkdən və qeyri-şəri cinsi əlaqələrdən çəkinmək, yetimin malına toxunmamaq, xalqın haqqını əda etmək, əskik satmamaq, elm və agahlıq olmadan bir iş görməmək, təkəbbürlə yeriməmək. Sonra buyurulur ki, bu tapşırıqlar ilahi hikmət nümunələridir.
Ayə 13:
﴿وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ﴾
“(Yada sal,) bir zaman Loğman oğluna moizə edərkən dedi: “Oğlum! Allaha şərik qoşma. Çünki şirk, şübhəsiz, böyük bir sitəmdir!”
Dostları ilə paylaş: |