1. Əməllərin puça çıxması: Şirk insanın yaxşı əməllərini puça çıxarır. Necə ki, od yaşıl ağacı məhv edir. Quran Peyğəmbərə (s) xitabən buyurur ki, müşrik olsan, bütün əməllərin puça çıxar.5
2. İztirab və nigarançılıq: Təkallahçı bəndənin məqsədi bir olan Allahı razı salmaqdır. Amma Allahdan qeyrilərini razı salmaq istəyən şəxs daim iztirabda olur. Çünki Allahdan qeyriləri saysız-hesabsızdır və onların hər birinin öz istəyi var. Həzrət Yusif (ə) zindanda öz müşrik yoldaşlarına buyurdu: “Bir neçə rəhbər üstündür, yoxsa bir olan Allah?!”6
Quran buyurur ki, Allahdan uzaqlaşan insan havadan buraxılan və quşlara yem olan kəs kimidir. Belə bir insanın hər zərrəsi bir yerə düşür.7
Bəli, tövhid və Allaha xalis bəndəlik insanı məhv olmaqdan, hər kəsə bağlanmaqdan, onun-bunun başına fırlanmaqdan, möhtac insanlara ümid bağlamaqdan, yaltaqlıq və qorxudan hifz edən möhkəm bir qaladır. Hədisdə oxuyuruq: “Tövhid möhkəm bir qaladır, bu qalaya daxil olan şəxs Allahın əzabından amanda qalacaq.1”
3. İxtilaf və təfriqə: Tövhid cəmiyyətində hər şeyin mehvəri Allahdır. Bu cəmiyyətdə rəhbəri, qanunu və yolu Allah təyin edir. Hamı yeganə mehvər ətrafında hərəkət edir. Müşrik cəmiyyətdə isə çoxsaylı hakimlər, qanunlar və yollar mövcuddur. Xalq arasında ixtilaf və təfriqə var. Quran buyurur ki, müşriklərdən, təfriqə salanlardan olmayın.2
4. Qiyamətdə zillət: Quran buyurur ki, vahid Allahla yanaşı digər məbud seçməyin, yoxsa cəhənnəmə atılarsınız.”3
Dostları ilə paylaş: |