Bütün peyğəmbərlərin ilkin vəzifəsi və məqsədi şirklə mübarizə, insanları Allaha xalis bəndəliyə dəvət etməkdir.5 Şirkdən savay bütün günahlar bağışlana bilər.6 Peyğəmbərlərə əmr olunub ki, müxtəlif növ şirklərə arxa çevirsinlər.7 Qismən olsa belə, Allaha şərik qoşmaq qadağandır. Bir işin 99 faizi Allaha xatir, 1 faizi Allahdan qeyrisinə xatir olarsa, bütün iş batildir.8 Nəinki bütlər və zalım hakimlər, hətta peyğəmbər və övliyalar da Allaha şərik qoşulmamalıdır. Allah-təala həzrət İsaya (ə) buyurur ki, xalq sənin sözünləmi səni və ananı Allaha şərik qoşdu?9
Allaha şərik qoşulması iftira, böhtan, böyük günahdır.10
Şirk o qədər mənfurdur ki, Allah-təala buyurur: “Peyğəmbər və möminlər yaxın qohumları olsa belə müşriklərin bağışlanmasını diləməməlidirlər.”11
İslam dəlil və məntiq əsasında şirklə mübarizəyə qalxır. Buyurulur: “Allahdan qeyrisi nə yaradıb ki, ona bağlanırsınız?!”12 Axı sizin ölüm və həyatınız kimin əlindədir? Sizi izzətə çatdıran, zillətə salan kimdir?
Bəli, sonsuz qüdrət və elm sahibi olan Allahdan uzaqlaşıb çarəsiz fərdlər və əşyalara üz tutmaq bəşəriyyətə ən böyük zülmdür. Cansız cisimlərə və zəif insanlara əsir olmaq, özün kimi acizlərdən kömək istəmək düşüncəsizlikdir. Quranda keçmişə aid əhvalatların nəql olunması səbəblərindən biri şirkin kökünü qazmaqdır.
Ayə 14:
﴿وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَى وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ﴾
“Biz insana ata-anası ilə bağlı nəsihət verdik. Anası hər gün zəifləşən vəziyyətdə onu gəzdirdi. Süddən ayrılması iki il çəkər. (Ona tapşırdıq ki,) Mənə, ata-anana təşəkkür et, qayıdış yalnız Mənə doğrudur.”
Dostları ilə paylaş: |