Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə253/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   249   250   251   252   253   254   255   256   ...   572

Nöqtələr


“Vəhn” dedikdə fiziki zəiflik nəzərdə tutulur. Necə ki, “təvhin” şəxsiyyəti alçaltmaq mənasını bildirir.

Ehsan infaqdan daha geniş məna daşıyır. İstənilən bir məhəbbət və xidmət ehsan sayılır. İnfaq isə yalnız maddi yardımlara aiddir. Qurani-kərimdə valideynə ehsan tövhidlə yanaşı zikr edilir.1

Haqqında danışılan ayədə öncə valideynə yaxşılıq tapşırılır. Sonra ananın hamiləlik dövrünə işarə olunur. Bu yolla insanın əxlaqi vicdanını oyatmağa cəhd edilir. Ona xatırladılır ki, keçmişdəkiləri unutmasın. İnsan daim xatırlamalıdır ki, anası onu özü ilə gəzdirmiş, öz canından qidalandırmışdır. Ana övladına xatir yuxusundan və yeməyindən keçmişdir. Belə bir zəhməti çəkməyə kimsə razı olmazdı. Ananın haqları daha çox təhlükəyə məruz qaldığından və ya o daha böyük haqlara malik olduğundan Allah tərəfindən xüsusi şəkildə tapşırılır.

Valideyn və övladın qarşılıqlı hüquqları var. Ötən ayədə atanın övlada nəsihəti bəyan olundu. Bu ayədə isə övladın ata-anaya ehsanından danışılır.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin