Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə254/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   250   251   252   253   254   255   256   257   ...   572

Bildirişlər


1. İstər Allah tərəfindən olsun, istər Allah bəndəsi tərəfindən, haqq sözə tabe olaq.

2. Bütün insanlar çatdıqları məqamdan asılı olmayaraq valideynə borcludurlar.

3. Valideynə hörmət təkcə islami yox, həm də insani bir haqdır. Valideyn kafir olsa belə ona ehsan etmək lazımdır.

4. Daha çox zəhmət çəkənə daha çox qədirdanlıq edilməlidir. Onun adı ayrıca zikr olunmalıdır.

5. Ümumi göstərişlərdə ümumi dəlillər göstərilməlidir. (Bütün bəşəriyyətə üz tutulduğundan hamı üçün aydın olan hamiləlik mövzusu yada salınır.)

6. Bir iş kiminsə təbii vəzifəsidir deyə ona təşəkkür və ehsandan çəkinməyək. (Hamiləlik təbii bir işdir, amma ana qarşısında qədirdanlıq zəruridir.)

7. Keçmişləri yada salaq ki, qədirdanlıq ruhiyyəsi canlansın.

8. Hamiləlik və süd vermə dövrü ana qarşısında vəzifələr yaradan və övlad şəxsiyyətinin formalaşdığı ən mühüm dövrdür.

9. Uşağı tam iki il sonra süddən ayırmaq vacib deyil. Bu iş iki il ərzində həyata keçirilə bilər.

10. Vəzifənin icrası yolunda çətinliyə dözmək fövqəladə hüquqlar yaradır. Zəiflik və yorğunluğa baxmayaraq öhdəsinə məsuliyyət götürən şəxsin daha çox haqqı var.

11. Valideynə təşəkkür Allah qarşısında böyük dəyərə malikdir. Allaha şükür etdikdən sonra valideynə təşəkkür məsələsi önə çəkilir.

12. Hamının dönüşü Allaha doğrudur. Belə isə, valideynə qarşı nankorluqdan qorxaq.

13. Qiyamətə iman saleh əməl, o cümlədən valideynə ehsan üçün stimuldur.

14. Allahın haqqı valideynin haqqından irəlidir. Valideynə təşəkkür və ehsan bizə Allahı unutdurmasın.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin