Bildirişlər
1. Hər qorxu məzəmmət olunmur. İnsanın məqsədə çatmamaq və ya arzularına düşmənin mane ola bilməsi qorxusu bəyənilmiş qorxudur.
2. Gördüyümüz işlərin və çıxardığımız qərarların doğuracağı reaksiyalara qarşı diqqətli olaq.
3. Musa (ə) Fironun sarayında yaşasa da xalqla rabitəsi vardı və haqpərəst şəxs kimi tanınırdı.
4. Təqiyyə (əqidəni gizlətmək) lazım gələn yerdə gündə bir qovğa qoparmaq olmaz. Zəruri təqiyyəyə əməl etməmək günah sayılır.
5. Diqqətsiz tərəfdarları məzəmmət etmək lazımdır. Qrup təəssübü ilə onların xətasına göz yummaq olmaz.
Ayə 19:
﴿فَلَمَّا أَنْ أَرَادَ أَن يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَّهُمَا قَالَ يَا مُوسَى أَتُرِيدُ أَن تَقْتُلَنِي كَمَا قَتَلْتَ نَفْسًا بِالْأَمْسِ إِن تُرِيدُ إِلَّا أَن تَكُونَ جَبَّارًا فِي الْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ الْمُصْلِحِينَ﴾
“Elə ki, (Musa) hər ikisinin düşməni olan şəxsə hücum etmək istədi, (həmin şəxs) dedi: “Ey Musa! Dünən birini öldürmək istədiyin kimi məni də qətlə yetirmək istəyirsən? Sənin yer üzündə zor göstərməkdən başqa məqsədin yoxdur və islah edənlərdən olmaq istəmirsən.”
Dostları ilə paylaş: |