Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə260/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   256   257   258   259   260   261   262   263   ...   572

Nöqtələr


Quranda üç növ itaətdən danışılır: Allaha, peyğəmbərə və əmr sahiblərinə mütləq itaət3; kafirlərə, münafiqlərə, fəsad əhlinə, günahkarlara və zalımlara mütləq itaətsizlik4; valideynə şərti itaət; yəni onun xeyir çağırışlarına itaət, şirkə çağırışına itaətsizlik!

Bildirişlər


1. İnsan fitri olaraq tövhidə meyillidir. Ətrafdakılar onu şirkə sürükləməyə çalışır.

2. Ümumi mövzuları bəyan etməklə yanaşı açıqlamalar da verək. (Valideynə itaət əmri verilərkən mümkün istisnalar da qeyd olunur.)

3. Şirkin heç bir elmi məntiqi yoxdur.

4. Kor-koranə təqlid qadağandır.

5. Allahın haqqı bütün haqlardan, o cümlədən valideynin haqqından müqəddəmdir.

6. Bir yolu qadağan etdikdə, başqa bir yol göstərək.

7. Büdrəmə ehtimalı olan yerdə valideynə itaət edilməməlidir. Amma adi həyat tərzi hifz edilməlidir.

8. Təsir altına düşməmək şərti ilə qeyri-müsəlmanlarla dinc– yanaşı yaşayış caizdir.

9. Yaxşı iş heç vaxt tərk olunmamalıdır.

10. Ömürün sonunadək valideynlə yaxşı rəftar etmək zəruridir.

11. İlahi insanlar nümunə olmağa layiqdirlər.

12. Bəzən əqidə seçimi və ailədə rəftar arasında fərq qoymaq lazım gəlir. Adi həyatda valideynə hörmət göstərilməli, həyat yolunda paklar və salehlər nümunə götürülməlidirlər.

13. Məada iman işlərin islahına və Allah yoluna tabeçiliyə zəmanət verir.

14. Qiyamət insanların Allah hüzurunda dayanacağı səhnədir.


Ayə 16:


﴿يَا بُنَيَّ إِنَّهَا إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ﴾

Ey oğlum! Əgər (sənin əməlin) xardal dənəsi ağırlıqda olsa, daşın köksündə, göylərdə və ya yerdə gizlənsə, Allah onu (Qiyamətdə hesab üçün) hazır edər. Çünki Allah dəqiq və agahdır.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin