Nöqtələr
İmam Həsən (ə) buyurur: “İti yeriş möminin dəyərini azaldır.”8
Hədisdə oxuyuruq: “Xalqı Allaha doğru dəvət edərkən, Quran oxuyarkən səsi qaldırmağın eybi yoxdur.9”
Loğmanın tövsiyələrində doqquz əmr, üç qadağa və uyğun əmr və qadağalarla bağlı yeddi dəlil göstərilmişdir. Əmrlər: valideynə yaxşılıq, Allaha və valideynə təşəkkür, valideynə yaxşılıqla müşayiət olunan müsahibə; möminlərin yolunu izləmək, namazı bərpa etmək, yaxşılığa çağırış, pisliyə qadağa, orta həddə hərəkət, danışarkən səsi ucaltmamaq.
Üç qadağa: şirkə qadağa, xalqdan üz çevirməyin qadağası, təkəbbürlü yerişin qadağası.
Dostları ilə paylaş: |