Yeddi dəlil:
1. Şükür etmək insanın özünə faydalı olduğundan şükrü yerinə yetirin.
2. Şirk böyük zülm olduğundan şirkdən çəkinin.
3. Hamı Allaha doğru qayıdasıdır. Sorğu günü varsa, valideynə ehtiram göstərin.
4. Allah hər şeydən agahdır, öz əməllərinizə qarşı diqqətli olun.
5. Səbir və dözüm əhəmiyyətli səciyyədir, səbirli olun.
6. Allah təkəbbürlüləri sevmir, təkəbbürdən uzaq olun.
7. Ən pis səs ulağın səsidir, səsinizi ucaltmayın.
Bildirişlər
1. İslam kompleks bir dindir. Bu dində hətta yerişlə bağlı göstərişlər var.
2. İlahi ayinlərdə əqidə və əxlaq məsələləri yanaşı bəyan olunur.
3. Orta hədd ifrat və təfritdən uzaqlıq Quran göstərişidir.
4. Təkcə yol gedərkən yox, bütün işlərdə orta həddi gözləyək.
5. Səsimizi qaldırmayaq. Yersiz fəryadlardan çəkinək. Yumşaq və aram danışaq.
6. Fəryad çəkmək və səsi qaldırmaq bəyənilməyən və məzəmmət olunmuş işdir.
Ayə 20:
﴿أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ﴾
“Görmədinizmi ki, Allah göylərdə və yerdə nə varsa sizin üçün ram etdi, öz zahiri və batini nemətlərini ixtiyarınıza verdi?! Amma insanların bəziləri heç bir elm, hidayət və aydın kitab olmadan Allah haqqında höcətləşməyə başlayır.”
Dostları ilə paylaş: |