Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə273/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   269   270   271   272   273   274   275   276   ...   572

Nöqtələr


“Silm” kökündən olan sözlər Quranda 140 dəfə istifadə olunmuşdur. “Səlam”, “İslam”, “müslim” sözləri həmin kökdəndir.

Ötən ayədə oxuduq ki, bəziləri azğın ata-babalarına bağlanıb onların yolunu gedirdilər. Bu ayədə oxuyuruq ki, xeyir əməl sahibləri və paklar Allah-təalaya bağlansınlar, Ona üz tutsunlar. Ötən ayədə şeytanın çağırışından, onun insanları cəhənnəmə sürükləməsindən danışıldı. Bu ayədə Allah qarşısında təslimçilik və xeyir əməl şeytan vəsvəsələrindən qurtuluş yolu kimi tanıtdırılır.

Allahdan qeyrisinə təslimçilik əsarətdir. Allaha təslim olanlar isə əsil hürriyyət və tərəqqiyə çatırlar. Əgər bütün varlıq aləmi Allaha təslim olmuşsa, nə üçün biz təslim olmayaq?!1 Göylərdə və yerdə olanlar Allaha təslim ikən nə üçün biz Allahdan qeyrilərinin sorağına gedək?!2

Allah bəşəriyyətə təslim olmaq əmri vermişdir.1 Bu əmr peyğəmbərə də aiddir.2 Bu ayədə isə Allaha ixlasla üz tutmuş xeyir əməl sahibi möhkəm ipdən yapışmış kimi tanıtdırılır. Başqa bir ayədə ixlasla təslim olanlara böyük mükafat vəd olunur.3 Axı Allaha təslim olandan üstünü kimdir?!4

İnsan qurtuluş və qələbə üçün güvənc yeri və dəstək sorağındadır. Onun arxa saydığı güc, var-dövlət, vəzifə, qohum-əqrəba, dost, nəsil kimi iplər bir gün qırılıb boşalasıdır. Yeganə etibarlı qurtuluş yolu Allahın möhkəm ipindən yapışmaqdır. Qadir Allaha təslim olub saleh işlər görmək yeganə qurtuluşdur.

Rəvayətdə oxuyuruq: “Məsum rəhbərlər, Peyğəmbər Əhli-beyti (ə), onlara əlaqə və məhəbbət Allahın möhkəm və qırılmaz ipidir.5



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin