Bildirişlər
1. Allaha təslimçilik ixtiyari bir işdir və bu işdə məcburiyyət yoxdur.
2. Allaha təslimçilik əməldə özünü göstərməlidir.
3. Təkcə xeyir iş bəs etmir, əməldə ixlas (səmimiyyət) zəruridir.
4. Mənəvi nöqtələri aydınlaşdırmaq üçün anlaşılası misallar çəkək. (Xalis əməl möhkəm dəstəyə bənzədilir.)
5. Məada diqqət və bu barədə düşünməklə özümüzə yol seçək.
6. Varlıq aləmi, hər bir mövcud yeganə məqsədə doğru hərəkətdədir.
Ayə 23:
﴿وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوا إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾
“(Ey Peyğəmbər,) küfr edənin küfrü səni qəmləndirməsin. Onların qayıdışı yalnız Bizə doğrudur. Biz onları öz əməllərindən xəbərdar edəcəyik. Şübhəsiz, Allah qəlblərdə olanlardan xəbərdardır.”
Ayə 24:
﴿نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَى عَذَابٍ غَلِيظٍ﴾
“Onları (dünyada) azca bəhrələndirər, sonra ağır əzaba düçar edərik.”
Dostları ilə paylaş: |