Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə276/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   272   273   274   275   276   277   278   279   ...   572

Bildirişlər


1. Yaxşıların pislərlə müqayisəsi mərifət və seçim yollarından biridir.
Küfrün də, dinin də müştərisi var,

Kimi küfrə, kimi imana qaçar.
2. Peyğəmbər (s) hamıya can yandırırdı, hətta müxaliflərin belə azğınlığı ona əziyyət verirdi.

3. Peyğəmbərlərin ilahi təsəlliyə ehtiyacı var.

4. Dini rəhbərlərin vəzifəsi nəticə əldə etmək yox, xalqı doğru yola çağırmaqdır.

5. İnsanların küfrü onların öz taleyinə təsirlidir.

6. Kafirlər sevinməsin, nə qədər vurnuxsalar da Allah hüzurunda dayanasıdırlar.

7. İnsanların əvvəli Allahdandır, qayıdışları da Allaha doğrudur.

8. Möminlərin nigarançılığı iki yolla aradan qaldırılır: Allahın elminə (xəbərdarlığına) diqqət və məada diqqət. (Əgər Allah hər şeydən xəbərdardırsa və hamının qayıdışı Ona doğrudursa, nigarançılığa yer yoxdur.)

9. Qiyamətdə insan öz əməlləri ilə üzbəüzdür.

10. Allah niyyətlərimizdən xəbərdardır və bu niyyətlər Qiyamətdə zahir olasıdır.

11. Qiyamət gününün rüsvayçılığına diqqət insanı inadkarlıqdan, küfrdə isrardan uzaqlaşdıra bilər.

12. Axirət nemətləri ilə müqayisədə heç bir dəyəri olmayan dünya nemətləri bizi aldatmasın.

13. İşin sonunu nəzərə alaraq işi dəyərləndirək.

14. Küfr yolunu özləri seçmiş kafirlər məcburi olaraq cəhənnəmə sürüklənərlar.

15. Maddi rifah xoşbəxtlik göstəricisi deyildir.


Ayə 25:


﴿وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ﴾

Əgər onlardan soruşsan ki, göyləri və yeri kim yaradıb, hökmən “Allah” deyə cavab verəcəklər. De ki, sitayiş Allaha məxsusdur, amma insanların çoxu bilməz.”





Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin