Bildirişlər
1. Allah nə yaratmaqda, nə də yaratdığını idarə etməkdə kimsəyə ehtiyac duymur.
2. Yaranmışların yeganə xaliqi və maliki Allahdır. Odur ehtiyacsız və sitayişə layiq!
3. Allaha təşəkkür və sitayiş göstərişi Onun ehtiyaclı olduğunu göstərmir.
Ayə 27:
﴿وَلَوْ أَنَّمَا فِي الْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِن بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ﴾
“Yer üzündəki ağaclar qələm olsa, dərya və daha yeddi dərya köməyə gəlsə (Allahın sözlərini yazmaq üçün mürəkkəb olsa), Allahın sözləri tükənməz. Həqiqətən, Allah yenilməzdir və hikmət sahibidir.”
Dostları ilə paylaş: |