Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə279/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   275   276   277   278   279   280   281   282   ...   572

Nöqtələr


“Kəhf” surəsinin 109-cu ayəsində də oxşar təbirlərlə rastlaşırıq. Ayədə bildirilir ki, dəryalar mürəkkəb olarsa, Allahın sözləri sona çatmamış dəryalar tükənər.

“Səbətu əbhur” (yeddi dərya) dedikdə çoxluq nəzərdə tutula bilər. Yəni bütün dəryalar mürəkkəb olsa belə Allahın nemətlərini yazıb qurtara bilməz.


Bildirişlər


1. Peyğəmbər məktəbi insanı sadəlövhlük və dar baxışdan xilas edib sonsuzluqla əlaqələndirir.

2. Allahın kəlmələrini sayıb qurtarmaq olmaz.


“Kəlimətullah” (Allahın kəlmələri”) nə deməkdir?


Allahın kəlmələri dedikdə Onun nemətləri1, Allahın sünnələri2, v Allahın xüsusi yaratdıqları3, insanın sınağa çəkildiyi hadisələr4, Allahın ayələri5, haqqın batilə qələbə vasitələri nəzərdə tutulur6.

Deyilənlərdən aydın olur ki, “kəlimə” dedikdə yalnız söz nəzərdə tutulmur. Beləcə, bütün ağaclar qələm, bütün dəryalar mürəkkəb olarsa Allahın kəlmələrini yazıb qurtara bilməz. Yəni Allahın lütf və sünnələrini sonadək yazmaq qüdrətində olan heç bir varlıq yoxdur.

Rəvayətdə oxuyuruq: “İmam Kazim (ə) buyurdu: “Bizik “kəlimətullah” nümunələri. Bizim fəzilətlərimizi dərk edib saymaq olmaz.”7 Bəli, Allahın övliyaları Onun müqəddəs zatı tərəfindən feyzi üçün vasitədir. Allahın lütfü övliyalar vasitəsi ilə başqalarına çatır.

Ayə 28:


﴿مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَاحِدَةٍ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ﴾

Sizi yaratmaq və diriltmək (Allah üçün) bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah eşidən və görəndir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin