Gecə və gündüzün qısalıb-uzanması və bu işin tədricən baş verməsi qaranlıq və işığa ehtiyaclı canlıların həyatında mühüm rol oynayır.
Ayədə gecə-gündüzün qısalıb-uzanmasından, günəş və ayın ram edilməsindən danışılır. Sonra onların hər birinin müəyyən bir müddət hərəkətdə olacağı qeyd edilir. Ayənin sonunda bildirilir ki, Allah insanların bütün işlərindən agahdır. Yəni bütün varlıq aləmi və ondakı dəyişikliklərin qayəsi insanların əməlləridir. Gəlin Allahın razılığına uyğun işlər görək.
Rəvadırmı tabe olmayasan sən?! Quranın əziz Peyğəmbərə (s) əksər müraciətləri bütün insanlara ünvanlanmışdır. Məsələn, Peyğəmbərə (s) buyurulur ki, qocalmış ata-anaya “uf” deyib onları narahat etmə.”1 Halbuki əziz Peyğəmbər (s) öz ata-anasını uşaqlıq dövründə itirmiş idi. Demək, Allah Peyğəmbərin (s) simasında bütün bəşəriyyətə müraciət edir. Hazırkı ayədə də son cümlə ayənin bütün xalqa şamil olduğunu göstərir.