Nöqtələr
Dənizdə gəminin hərəkəti ilahi nemətlər məcmusunun nəticəsidir. Külək, xüsusi çəki, suyun təzyiqi cisimlərin üzməsini təmin edən şərtlərdir. Bundan əlavə, dəniz təbii, xərcsiz və ümumi yoldur. Yer üzünün torpaq sahələri sular vasitəsi ilə əlaqələnir. Hava nəqliyyatı nə qədər inkişaf etsə də, yüklərin çoxu gəmilərlə daşınır.
Quranda müxtəlif məqamlarda səbir və şükür yanaşı zikr olunur. İnsan öz ətrafında baş verən hadisələrə görə ya şükür etməli, ya da səbirli olmalıdır. Demək, insan daim ya səbir, ya da şükür halında olmalıdır. Əks-təqdirdə onu küfr və qəflət gözləyir.
Dostları ilə paylaş: |