Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə289/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   285   286   287   288   289   290   291   292   ...   572

İxlas əldə etmək yolları


1. Allahın elm və qüdrətinə diqqət–əgər izzət və qüdrət, ruzi və rifahın yalnız Allahın əlində olduğuna inansaq, heç vaxt başqasının sorağınca qaçmarıq. Bilməliyik ki, mövcudlar Allahın iradəsi ilə yaranır, Onun iradəsi ilə məhv olur. Bilməliyik ki, yaradan da, öldürən də Allahdır. Allah həzrət Məryəm üçün quru ağacda tər xurmalar yetirdi. Allah od-alovu həzrət İbrahim üçün gülüstana çevirdi.

Quranın yüzlərlə ayələri və əhvalatları insanları ilahi qüdrətin seyrinə çağırır. Ümid odur ki, bəşəriyyət Allahdan qeyrilərindən əl çəkib, xalisanə halda Ona üz tutsun.

2. İxlasın bərəkətlərinə diqqət–müxlis (yalnız Allah razılığı üçün çalışan) insanın bir hədəfi var və bu hədəf Allahın razılığıdır. Allahın razılığı üçün çalışan insan başqalarının təşviqi ilə həvəslənmir, başqalarının məzəmməti onu həvəsdən salmır. O tənhalıqdan qorxmur, tutduğu yoldan geri çəkilmir, heç vaxt peşman olmur, xalqın etinasızlığı onu həvəsdən salmır, getdiyi yolda yoldaşlarının azlığı və ya çoxluğu onu narahat etmir.

Quran buyurur ki, müxlis mücahidlər üçün düşməni öldürmək və ya Allah yolunda şəhid olmağın fərqi yoxdur. İmam Hüseyn (ə) Kərbəla səfərindən öncə buyurdu: “Şəhid də olsaq, qalib də gəlsək, Kərbəlaya gedirik. Məqsədimiz yalnız vəzifəmizi yerinə yetirməkdir.”

3. İlahi lütflərə diqqət–bizi ixlasa sövq edən yollardan biri də ilahi lütfləri xatırlamaqdır. Yaddan çıxartmayaq ki, Allah bizi yoxdan, torpaqdan, nütfədən yaratdı. Bir müddət ana bətnində qaldıq, təkamül yolu keçib insan şəklində dünyaya gəldik. Həmin vaxt insan süd əmməkdən savay bir iş bacarmırdı. Bu süd onun orqanizminin bütün ehtiyaclarını ödəyirdi. Ana südü, ana məhəbbəti çarəsiz körpəni ərsəyə gətirdi. 24 saat bu körpənin qulluğunda dayanan ana! Oyaq vicdan icazə verərmi ki, bir bu qədər nemətdən sonra insan özünə başqa tanrı seçsin?! Nə üçün özümüzü yaranışımızda və həyatımızda heç bir haqqı olmayan, bizə heç bir lütf göstərməmiş yalançı məbudlara sataq?!

4. Allahın istəyinə diqqət–əgər bilsək ki, qəlblər Allahın əlindədir, yalnız Allah üçün çalışarıq. Əgər insanların himayəsinə ehtiyacımız varsa, Allahdan diləyək və Allah onların qəlbində bizə qarşı istək yaratsın.

Həzrət İbrahim (ə) Hicazın qaynar səhralarında Kəbəni ucaltdı. O, Allahdan dilədi ki, insanların qəlbini onun ailəsinə qarşı mərhəmətli buyursun. Həmin hadisədən 1000 illər ötmüşdür. Hər il milyonlarla aşiq pərvanə tək Kəbə ətrafında dövrə vurur.

Çoxları ətrafdakıları razı salmaq üçün özlərini oda-suya vururlar. Amma yenə də xalqın məhəbbətini qazana bilmirlər. Halbuki bəzi aşiqlər gözlərini xalqdan, maddiyyatdan, ad-sandan, məqamdan çəkib yalnız Allaha üz tutduqları vaxt, həm də xalq tərəfindən böyük məhəbbətlə sevilir, nəzərdə tutmadıqları nemətlərə çatırlar. Bəli, məqsəd xalqın yox, Allahın razılığı olmalıdır.

5. İşin davamlılığına diqqət–Allah üçün görülən iş davamlıdır. Bu iş özünə ilahi rəng götürdüyündən daim təravətli qalır. Allah üçün görülməyən işi zaman silib-süpürür. Quranda buyurulur ki, heç bir ağıllı insan fanini əbədidən üstün tutmaz.1

6. Mükafatların müqayisəsi–Allahın ətası qeyri-məhdud, insanın ətası məhduddur. Məsələn, insanların mükafatı gözəl libas, dadlı təam, təm-təraqlı məskən ola bilər. Halbuki bütün bu nemətlər məhduddur və ləyaqətsiz insanlar da gözəl libas, dadlı təam, təm-təraqlı məskən əldə edə bilərlər. Amma Allahın razılığı üçün çalışan insanı nəhayətsiz maddi və mənəvi mükafatlar gözləyir. Bu barədə dərindən düşünsək, sonsuz mükafatı məhdud və nöqsanlı mükafatlara dəyişmərik.



Ayə 33:


﴿يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَّا يَجْزِي وَالِدٌ عَن وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِ شَيْئًا إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ﴾

Ey insanlar! Rəbbinizdən qorxun. Qorxun o gündən ki, heç bir ata övladının məsuliyyətini öhdəsinə götürməz, heç bir övlad atasının əvəzinə məsuliyyət qəbul etməz. Şübhəsiz, Allahın vədi haqdır, dünya həyatı sizi aldatmasın. Yalançı (şeytan) Allaha münasibətdə başınızı qatmasın.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin