Bildirişlər
1. Bəşəriyyətin elmi məhduddur və bu elm Allahın sonsuz elmi ilə müqayisə oluna bilməz.
2. İnsan öz işlərini tənzimləməlidir. Amma unutmaq olmaz ki, insanın fövqündə bir qüdrət var və insan sabah nə baş verəcəyini proqnozlaşdıra bilməz.
3. Kimsə öz ölüm vaxtından və ölüm yerindən xəbərdar deyil. (Rəvayətlərdə bildirilir ki, Allah övliyalarından bəzisi öz ölüm yerini və ölüm vaxtını öncədən bildirib. Belə bir məlumat qeybi yolla əldə olunur.)
4. Kahinlərə, falçılara, ovuca baxanlara, gələcəkdən danışanlara etimad göstərməyək.
5. Ölümündən və sabah nə baş verəcəyindən xəbərsiz olan insan nə üçün qürrələnməlidir?!
6. İnsan daim səhnəyə çıxmağa və sorğuya hazır olmalıdır.
Pərvərdigara! Quranı bizim üçün nur, qanun, ümid, məntiq, təfəkkür qaynağı, moizə, şəfa, aramlıq, nicat qərar ver! Amin Rəbbəl-aləmin...
Dostları ilə paylaş: |