“SƏCDƏ” SURƏSİ (32-ci surə, 30 ayə) “Səcdə” surəsinin siması
Məkkədə nazil olmuş bu surə 30 ayədən ibarətdir. “Səcdə” surəsi müqəttəə hərflərlə başlamış 29 surədən biridir. Uyğun hərflərdən sonra Quranın əzəməti qeyd olunur. Surə vacib səcdəli ayəsi olan dörd surədəndir. “Məcməul-bəyanda” nəql olunmuş bir hədisə əsasən, əziz Peyğəmbər (s) hər gecə yatmazdan qabaq bu surəni “Mulk” surəsi ilə birlikdə tilavət etmişdir.
Digər Məkkə surələri kimi bu surədə də yaranış, məad və kafirlərin aqibəti ilə bağlı geniş məlumat verilir. Bu mövzular möminlərin imanını gücləndirir, onların düşmən qarşısında müqavimətini artırır. Surənin 15-ci ayəsində gecə vaxtı insanlar yuxuda olduğu zaman insanın rüku və səcdə etməsi həqiqi möminlik sifəti kimi yada salınır. Uyğun ayədən sonra səcdə vacibdir.
﴿بسم الله الرحمن الرحيم﴾
“Rəhman və rəhim Allahın adı ilə”
Dostları ilə paylaş: |