Nöqtələr
“İnzar” sözündən olan “nəzir” sözü agahlıqla yanaşı qorxutmaq mənasını bildirir. Bu söz xəbərdarlıq kimi də anlaşıla bilər.
Sual: Quran bütün ümmətlərə peyğəmbər göndərildiyini bildirir.2 Bəs necə olur ki, bu ayədə “səndən öncə peyğəmbəri olmayan qövm” buyurulur?
Cavab: Ərəbistan əhalisi, eləcə də Məkkə əhli İslamdan öncə ümmət formasında deyildi və pərakəndə vəziyyətdə yaşayırdı.
Bildirişlər
1. Rədd etmək məqsədi ilə dinə qarşı şübhə və batil sözləri təkrarlamağın eybi yoxdur.
2. Quranın təkzibi kafirlərin daimi işidir. Amma siz haqqı deyin və onların hidayətindən ümidinizi üzməyin.
3. Kafirlərin məntiqi yoxdur, onlar həmişə zora əl atırlar.
4. Müxaliflərin haqqı zəiflətmək məqsədli təlaşları qarşısında haqq və haqq ardıcıllarını gücləndirmək lazımdır.
5. Həqiqət qaynağı bir olan Allahdır.
6. Allah əziz Peyğəmbərə (s) xüsusi lütf göstərmişdir.
7. Xalqa xəbərdarlıq peyğəmbərin gəlişində əsas məqsədlərdəndir.
8. Təbliğatçı müraciət etdiyi tərəfin keçmişi ilə tanış olmalıdır.
9. Xəbərdarlıq hidayət üçündür.
10. İnsanın hidayəti üçün kitab və peyğəmbər bəs etmir, insan özü zəmin hazırlamalı, düzgün seçim aparmalıdır.
Ayə 4:
﴿اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ مَا لَكُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا شَفِيعٍ أَفَلَا تَتَذَكَّرُونَ﴾
“Göyləri və yeri, onlar arasında olanı altı gündə yaradan və sonra ərşi hökmü altına alan Allahdır. Sizin üçün Ondan başqa yardımçı və şəfaətçi yoxdur. Yoxsa öyüd götürmürsünüz?”
Dostları ilə paylaş: |