﴿وَقَالُوا أَئِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَئِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ بَلْ هُم بِلِقَاء رَبِّهِمْ كَافِرُونَ﴾
“Dedilər: “Torpaqda itib-batdıqdan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbləri ilə görüşü inkar edənlərdir.”
Nöqtələr
Ötən ayədə oxuduq ki, Allah insana göz, qulaq və qəlb kimi idrak vasitələri verdiyi halda şükür edənlər azdır. Ayə naşükürlük nümunələrindən birini bəyan edir, saysız qüdrət nişanələrini görən insanın Qiyamətə şübhəsi məzəmmət olunur.
Bildirişlər
1. Müxaliflərin şübhələrini nəql edib qəti cavablar verməklə möminləri sığortalayaq.
2. Qiyaməti inkar edənləri tərəddüdə salan məadın cismani olmasıdır.
3. Aşkar dəlillərlə şəkk-şübhələrinizi aradan qaldırın. Onlara fürsət verməyin.
4. Kafirlər də Allahın tədbirinə tabedir.
Ayə 11:
﴿قُلْ يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ﴾
“De ki, sizə təhkim olunmuş ölüm mələyi canınızı alar. Sonra Rəbbinizə doğru qaytarılarsınız.”
Dostları ilə paylaş: |